• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin yeni üzvləri seçilib

Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin yeni üzvləri seçilib

Azərbaycanda Amerika Ticarət Palatasının İdarə Heyətinin yeni üzvləri seçilib.

Palatadan Trend-ə verilən məlumata görə, Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") İdarə Heyətinin ümumi seçkiləri aylıq naharda keçirilib.

Aşağıdakı dörd namizəd yeni İdarə Heyətinə seçilmişdir:

* Teybə Quliyeva, "Societe Generale"nin nümayəndəliyinin rəhbəri

* Mövlan Paşayev, PwC-nin Azərbaycanda idarəedici partnyoru

* Nuran Kərimov, "Deloitte"ın Azərbaycanda idarəedici partnyoru

* Vilbert Lonq, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə vitse-prezidenti

İdarə Heyətinin yeni seçilmiş üzvləri "Ernst&Young" şirkətinin Azərbaycanda idarəedici partnyoru İlqar Vəliyev, KPMG-nin Azərbaycanda idarəedici partnyoru Vüqar Əliyev, "GoldenPay"in təsisçisi və baş direktoru Fəridə İsmayılzadə, "Baker&McKenzie-CIS Ltd."in partnyoru Gündüz Kərimov, "Azerfon"un ("Nar Mobile")" baş direktoru Kent MakKenli və "Chevron" şirkətinin Azərbaycan üzrə baş direktoru Erik Volkerdən ibarət olan heyətə qoşulur.

Yenidən seçilmiş bütün üzvləri təbrik edirik və yeni üzv olan Vilbert Lonqu salamlayırıq!

Vilbert Lonq 2007-ci ildə BP-də təchizat zəncirinin idarə edilməsi sistemində intizam rəhbəri vəzifəsində çalışmağa başlayib. Bundan sonra, o, Meksika körfəzində satınalma üzrə baş mütəxəssis (SÜM) mövqeyını tutub. 2012-ci ilin dekabrın 1-də Vilbert BP-də Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə SÜM/vitse-prezident vəzifəsinə təyin edilib. BP-dən öncə, Vilbert Lonq "Alcoa" (qlobal biznes xidmətləri) şirkətində Qlobal alışlar üzrə şöbəyə rəhbərlik edirdi. Satınalmanın təşkili çərçivəsində strateji funksiyaların hazırlanması və həyata keçirilməsi onun öhdəliklərindən biri idi. "Alcoa"dan öncə, Vilbert "Signal/Honeywell"də (aerokosmik hərəkat) əməliyyat şöbəsinin direktoru və hava təchizatı şöbəsinin baş direktoru vəzifələrini tutub. O, öz karyerasını avtomobil sənayesində, "General Motors/Saturn" başlayıb. Burada o, satış zəncirlərinin mühəndisliyi, istehsalı və təchizatı ilə məşqul olub. Vilbert bakalavr dərəcəsini Miçiqan Universitetində, magistr dərəcəsini isə Mərkəzi Miçiqan Universitetində alıb.

"AmCham" Azərbaycan - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, "AmCham" öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış "AmCham" 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. "AmCham" Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə "AmCham"ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR