Bu yollarda tıxac var
Bizi izləyin

Qırmızı.az

Bu yollarda tıxac var

Paytaxtda bir sıra küçə və prospektlərdə tıxac var.

Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Bakı-Sumqayıt şosesi – Avtovağzalın qarşısı, Binəqədi şosesindən üzü şəhər istiqamətində tıxac var.

Azadlıq prospektindən keçmiş “Karl Marks dairəsi” və əksinə, Binəqədi qəsəbəsi istiqamətində avtomobillərin hərəkətində nisbətən sıxlıq müşahidə olunur.

Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru da sıxlıq müşahidə olunur.

Qeyd edək ki, hazırda Z. Bünyadov prospekti, körpünün altı təmirlə əlaqədar bağlı olduğundan həmin istiqamətdə tıxac müşahidə olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm