Azərbaycanda əhalinin orta ömür müddəti 7 il artıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda əhalinin orta ömür müddəti 7 il artıb

Azərbaycanda son 7 ildə əhalinin orta ömür müddəti 7 il artıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Nazirlər Kabinetinin sosial məsələlər şöbəsinin müdiri Musa Әləkbərov "Xəstəxanaların idarə olunmasında müasir informasiya texnologiyalarının tətbiqi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

M.Әləkbərovun sözlərinə görə, bu artım səhiyyə sahəsində aparılan işlərin nəticəsində mümkün olub.

NK rəsmisi bildirib ki, 2014-cü ildə 64 tibb müəssisəsi əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin edilib.

M.Әləkbərov bildirib ki, ölkədə tibb müəssisələrinin kompüterləşdirilməsi həyata keçirilir, onların informasiya texnologiyaları ilə təmin olunması inkişaf etdirilir: "Amma bu müəssisələrin daha səmərəli fəaliyyət göstərməsi üçün vahid proqram, şəbəkə əsasında fəaliyyət göstərməsi zərurəti ortaya cıxır. Müasir profilaktika müəssisələri vahid şəbəkə əsasında fəaliyyət göstərsələr, daha səmərəli nəticə əldə etmək olar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm