"Bank of Baku": Müşahidə Şurası sədrinin həbsinə dair yayılan məlumatlar əsassızdır
Bizi izləyin

Qırmızı.az

"Bank of Baku": Müşahidə Şurası sədrinin həbsinə dair yayılan məlumatlar əsassızdır

"Bank of Baku" Müşahidə Şurası sədrinin həbsinə dair yayılan məlumatları əsassız sayır.

"Bank of Baku" Müşahidə Şurası sədrinin həbsinə dair yayılan məlumatları əsassız sayır.

Bankdan daxil olan təkzibdə deyilir: "Bu gün bir sıra kütləvi informasiya vasitələrində "Bank of Baku"nun Müşahidə Şurasının sədrinin həbsinə dair əsassız məlumat yayılıb. Bununla əlaqədar "Bank of Baku" ASC bildirir ki, bankın Müşahidə Şurasının sədri Elçin İsayev heç bir dövlət orqanı tərəfindən saxlanılmayıb. Yayılan məlumat tam əsassızdır və həqiqəti əks etdirmir. "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev normal bank fəaliyyətini davam etdirir".

Qeyd olunur ki, "Bank of Baku"nun baş ofisi və ölkə boyunca yerləşən filialları normal rejimdə işləməkdədirlər. Bu yaxınlarda 20 illiyini qeyd edən "Bank of Baku" ASC müştəriləri məmnun edəcək yeni məhsul və xidmətlərinin təqdimatına hazırlaşır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm