Sürücülərin nəzərinə: Parkinq icazələri may ayının 15-dən MİS-lər tərəfindən paylanılır
Bizi izləyin

Qırmızı.az

Sürücülərin nəzərinə: Parkinq icazələri may ayının 15-dən MİS-lər tərəfindən paylanılır

Sürücülərin nəzərinə: Parkinq icazələri may ayının 15-dən MİS-lər tərəfindən paylanılır

İyun ayından etibarən hər bir yarış və əsas qeyri-yarış obyektləri ətrafında Parkinqə Nəzarət Zonalarında parkinqə nəzarət qaydaları qüvvəyə minəcək. Bu nəzarət zonalarının məqsədi yarış obyektlərinə yaxın ərazilərdə qanunla icazə verilən yerlərdə yalnız burada yaşayan sakinlərə parkinqə icazə verməklə, sakinlərin evlərinə rahat gediş-gəlişini təmin etməkdir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, bu səbəbdən sürücülərə qısa bir zamanda Parkinq İcazələrini Mənzil İstismar İdarələrindən əldə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Parkinqə Nəzarət Zonalarına bütün nəqliyyat vasitələri heç bir məhdudiyyətsiz və buraxılışsız bu zonaya daxil ola və hərəkət edə bilərlər. Parkinqə Nəzarət Zonasında yaşayan sakinlərdən başqa heç kimə Parkinq İcazəsi verilməyəcək.

Avtomobillərini şəxsi həyətlərində, yeraltı parkinq ərazilərində və ya şəxsi qarajlarında park edən sakinlər üçün Parkinq İcazəsi tələb olunmur.

Bu zonaya daxil olan ərazidə fəaliyyət göstərən şirkətlər/qurumlarda çalışan şəxslərə, əgər çalışdıqları şirkət və ya qurumun əməkdaşları üçün parkinq ərazisi yoxdursa, işə gəliş-gediş üçün ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülür. Sözügedən şəxslər öz avtomobillərini qanunla nəzərdə tutulmuş qaydada parkinqə icazə verilən ərazilərdə (Parkinqə Nəzarət Zonaları istisna olmaqla) və xüsusi dayanacaqlarda saxlayaraq iş yerinə gedə bilərlər.

Bakıda qeydiyyatda olmayan, lakin Parkinqə Nəzarət Zonalarında yaşayan sakinlər Parkinq İcazəsi üçün Mənzil İstismar İdarələrinə müraciət edərək, yaşadıqları ünvan haqqında sənəd əldə edə bilərlər

31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan yalnız Parkinq İcazəsi almalı olan vətəndaşlara (zəhmət olmasa, Parkinqə Nəzarət Zonalarına daxil olan xəritə və küçələrin siyahısına baxın) icazələri almaq üçün Mənzil İstismar İdarələrinə müraciət etmələri xahiş olunur

31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçmiş vətəndaşlardan Parkinq İcazəsinə heç bir ehtiyacı olmadığı halda (məs, yaşadıqları ərazi Parkinqə Nəzarət Zonalarına daxil deyilsə), verilməyəcək. Zəhmət olmasa, yarış obyektləri üzrə müvafiq Parkinqə Nəzarət Zonaları xəritələrində küçələrin siyahısına bir daha diqqət yetirin.

31 yanvar, 2015-ci il tarixinədək qeydiyyatdan keçə bilməyən, lakin Parkinq İcazəsi almalı olan vətəndaşlar 15 may tarixindən yenidən Mənzil İstismar İdarələrinə müvafiq sənədlərlə müraciət edərək qeydiyyata düşə və eyni gündə Parkinq İcazələrini əldə edə bilərlər

Etibarlılıq müddəti: Parkinq İcazəsi yalnız 1 – 30 iyun, 2015-ci tarixləri müddətində etibarlıdır.

Təqdim ediləcək sənədlərə faktiki yaşadığı ünvanı təsdiq edən sənəd, nəqliyyat vasitəsinin passport, sürücülük vəsiqəsi, parkinq İcazəsi nəqliyyat vasitələrinin ön şüşəsində yerləşdirilməlidir.

Sakinlər heç bir ödəniş etmədən Parkinq İcazəsi ilə təmin olunacaq.

İtirilmiş/oğurlanmış Parkinq İcazələri yenisi ilə əvəz olunmayacaq. Onlara ehtiyatla davranmanız xahiş olunur. Parkinq İcazəsi zədələndiyi halda, etibarsız sayılacaq.

Parkinq İcazəsi olmadan Parkinqə Nəzarət Zonalarında park edilən maşınlar Yol Polisi tərəfindən evakuatorlarla ərazidən götürüləcək və cərimə tətbiq olunacaq. Parkinq İcazəsi nəqliyyat vasitəsinin qeyri-qanuni park edilməsinə heç bir hüquq vermir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm