İmtahanların nəticələri açıqlandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

İmtahanların nəticələri açıqlandı (YENİLƏNİB)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə imtahan nəticələrini elan edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, mayın 17-də keçirilmiş imtahanın nəticələrini elan edib. İmtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.

Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16071 abituriyentdən 1010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 15061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15026 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Gülxar

***

Qəbul imtahanlarının nəticələri axşam saatlarında elan olunacaq.

Publika.az-ınTələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, 17 may tarixində II və III ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının ntəciələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, TQDK may ayının 17-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm