Bakının bu rayonlarının qazı kəsiləcək
Bizi izləyin

Qırmızı.az

Bakının bu rayonlarının qazı kəsiləcək

Bu gün Nərimanov, Xətai, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və çəkilmiş qaz xətlərinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 9.00-dan 18.00-dək Nərimanov rayonunun bir hissəsinə, Xətai rayonunun Məhəmməd Hadi və ona paralel küçələrin bir hissəsinə, Sabunçu rayonunun Sabunçu qəsəbəsinin bir hissəsinə və Xəzər rayonunun Xaşa-Xuna bağ massivinə, Qala qəsəbəsinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm