Yanğında həlak olanların dəfn mərasimi təşkil olunacaq
Bizi izləyin

Qırmızı.az

Yanğında həlak olanların dəfn mərasimi təşkil olunacaq

Binəqədi rayonu ərazisində yanğın baş verən binada ölənlərin dəfn mərasimini təşkil etmək üçün rayon ərazisində iki yer ayrılıb.

Bu barədə Publika.az-a Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, 5 saylı polis bölməsində 24 saat işləyən qərargah yaradılıb və prezidentin tapşırığına əsasən ölənlərin dəfn xərclərini Bakı Şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb:

“Yanan bina 56 mənzilli olub və qeydiyyatda olan sakinlərin sayı 143 nəfərdir. Kim qərargaha müraciət edibsə, onlara 1000 manat ilkin yardım verilib. Bəzi sakinlər var ki, onlar qohumların evlərində qalıblar. Evi olmayanlar müvəqqəti mənzillərə yerləşdirilib”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm