Hacıbala Abutalıbov: "Təxribat ehtimalı araşdırılır"
Bizi izləyin

Qırmızı.az

Hacıbala Abutalıbov: "Təxribat ehtimalı araşdırılır"

"Bakının cəmi 140 binasında belə üzlüklər var. Bu binalar da nəzarətə götürülüb. Onların hamısından nümunə götürüləcək, istifadə olunan material laboratoriyalarda yoxlamadan keçiriləcək. Sənəd mənə təqdim olunacaq. Cavab müsbət olsa - insan həyatı, təhlükə, yanğına davamlılıq meyarlarına uyğun gəlsə, saxlanılacaq. Əks halda, söküləcək".

Publika.az-ın məlumatına görə, bunu Bakı meri Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib.

Mer əlavə edib ki, araşdırma komissiyası işini davam etdiri: "Bu, təxribat da ola bilər. Yaxınlıqdakı digər binalarda yanğın olmayıb. Bütün binalar mühafizə xidməti əməkdaşları tərəfindən qorunur. Amma özümüz də diqqətli olmalıyıq. Təxribat məqsədilə belə hadisələr törədilə bilər. Bizi istəməyənlər kifayət qədərdir. Bu hadisənin Bakı-2015 ərəfəsində baş verməsi təxribat ehtimalını artırır. Araşdırırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm