Mer: "Yanan binada şənbə günündən təmir işlərinə başlanılacaq"
Bizi izləyin

Qırmızı.az

Mer: "Yanan binada şənbə günündən təmir işlərinə başlanılacaq"

Bakıda yanan binada problem olmasa, şənbə günündən təmir işlərinə başlanılacaq.

Axar.az-ın məlumatına görə, bunu binanın sakinləri ilə söhbətində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib: “Həlak olan 15 nəfərdən 2-si hələ də morqdadır. Qalan 13 nəfər ailə üzvlərinin istəyinə uyğun olarq Masazır, Sulutəpə, Quba, Xaçmaz, Sabirabad, Bakı və Hacıqabulda dəfn olunub. Müvafiq rayonların icra başçıları dəfn mərasimini təşkil edib. Uşaqlar üçün yas mərasimi təşkil olunmayıb. Onlar mələk kimi gəlib, mələk kimi gediblər. Dünən axşam bina sakinləri ilə görüşmüşəm, dinləmişəm və problemləri qısa zamanda həll olunacaq. Şənbə günündən etibarən binanın təmirinə başlanılacaq. Vəzifəsindən və kimliyindən asılı olmayaraq, hadisədə günahı olan hər kəs cəzalandırılacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm