Azər Maqsudov: "Yaralıların həyatına təhlükə yoxdur"
Bizi izləyin

Qırmızı.az

Azər Maqsudov: "Yaralıların həyatına təhlükə yoxdur"

“Hazırda Kliniki Tibbi Mərkəzdə dünən baş vermiş yanğında xəsarət alanlardan 12 xəstə müalicə olunur. Onlardan 9-u böyük, 3-ü uşaqdır. Xəsarət alanlar daimi həkim nəzarətindədir. Onların bir çoxu fəsadlaşma mərhələsindədir. 6 nəfərə intensiv terapiya tətbiq edilir”.

Publika.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, müalicə olunanların heç birinin həyatına təhlükə yoxdur: “Ümumilikdə ötən gün baş vermiş yanğınla əlaqədar təcili yardıma 56 nəfər müraciət edib. Onlardan 34-ü Kliniki Tibbi Mərkəzə gətirilib. Həmin şəxslərdən 6-sı uşaq, digərləri isə yaşca böyüklər idi. Xəsarət alanlardan 9-nun vəziyyəti ağır qiymətləndirilir və hər birindən qan, toksiki nümunələr götürülüb. Onların qanında karboksin hemoqlobin aşkarlanıb. Bu isə xəsarət alanların dəm qazı və yanma məhsullarından zəhərləndiyini göstərir”.

Hazirda Kliniki Tibbi Mərkəzə gətirilənlərin vəziyyəti orta ağır qiymətləndirilir və onlara intensiv terapiya tətbiq olunur:

“Ötən gün 1947-ci il təvəllüdlü Yəhyayeva Elmira kəskin ağır vəziyyətdə mərkəzə gətirilib. Axşam onun vəziyyəti daha da ağırlaşıb və həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Kliniki Tibbi Mərkəzə gətirilmiş uşaqların heç biri dünyasını dəyişməyib. Bununla bağlı söylənilənlər həqiqəti əks etdirmir.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm