İcra başçısı yanan mənzillərə baxış keçirdi
Bizi izləyin

Qırmızı.az

İcra başçısı yanan mənzillərə baxış keçirdi

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ötən gün paytaxtın Azadlıq prospektində yanan çoxmərtəbəli binanın sakinləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, icra başçısı sakinlərlə bir yerdə yanan binaya daxil olaraq mənzillərə baxış keçirib.

Daha sonra icra başçısı X.İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, bütün bina sakinləri öz istədikləri yerlərə yerləşdirilib:

“Sakinlərə müvəqqəti olaraq Goradil, Bilgəh və digər ərazilərdə də evlər təklif olunub. Amma sakinlərin əksəriyyəti həmin evlərə köçməkdən imtina ediblər. Ona görə də biz sakinlərə öz istədikləri yerlərdə qalmaq üçün kirayə pulu vermişik. Yanan binada 53 ailə yaşayıb, onlardan cəmi 3-4 ailə bizə müraciət etməyib. Ancaq digər ailələrin hər birinə 1000 manat vəsait ödənilib”.

Qeyd edək ki, hazırda yanan binanın yararlı olub-olmaması ilə bağlı müvafiq komissiya tərəfindən araşdırma aparılır. Gələcəkdə yanan binanın istifadəyə yararlı olub-olmaması komissiyanın rəyindən sonra bəlli olacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm