
Baş nazirin müavini Əli Əhmədov Bakıda baş verən yanğında yaralanan xəstələrin vəziyyəti ilə tanış olmaq üçün Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində olub.
Publika.az-ın Yeni Azərbaycan Partiyasının saytına istinadən verdiyi xəbərə görə, Əli Əhmədov yaralılarla görüşüb, tibb heyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlərin gücləndirilməsi ilə bağlı tapşırıqlar verib.