Təmirə bağlanmış yol açılır
Bizi izləyin

Qırmızı.az

Təmirə bağlanmış yol açılır

Nobel prospektinin təmirə bağlanmış hissəsi sabah açılır.

Publika.az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Nobel prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində aparılan təmir-tikinti işləri yekunlaşır.

Qeyd edək ki, Nobel prospektinin Cavanşir körpüsünə doğru, “Ağ şəhər”in qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan təqribən 700 metrlik hissəsində təmir-tikinti işləri həyata keçirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunur. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Artıq yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib. Bundan başqa kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm