Rusiyada oxumaq üçün 5 nəfər müsahibəyə çağırıldı
Bizi izləyin

Qırmızı.az

Rusiyada oxumaq üçün 5 nəfər müsahibəyə çağırıldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏU) qəbul olmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün mayın 17-də keçirdiyi test imtahanının nəticələrini elan edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Məlumat üçün bildirək ki, imtahanda 10 abituriyent iştirak edib. Onlardan ən yüksək nəticə göstərmiş 5 nəfər müsahibə mərhələsinə dəvət olunublar.

Müsahibə may ayının 21-də TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibatı binasında keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm