ABU-nun 128 tələbəsi attestatını geri alıb
Bizi izləyin

Qırmızı.az

ABU-nun 128 tələbəsi attestatını geri alıb

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, müvafiq siyahıda adı olan şəxslərdən mayın 19-na qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 221 nəfərdən 128-i sənədlərini geri alıb.


Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.


Siyahı (www.edu.gov.az/upload/file/xeber/2015/ABU_attestat.xlsx)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm