Qabiliyyət imtahanı üçün qeydiyyat başladı
Bizi izləyin

Qırmızı.az

Qabiliyyət imtahanı üçün qeydiyyat başladı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin mayın 20-dən iyunun 2-dək qeydiyyatı aparılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Publika.az-a verilən məlumata görə, həmin abituriyentlər “Abituriyentin elektron ərizəsi”nin təsdiqini təmin etdikdən sonra tələb olunan sənədləri Qeydiyyat Komissiyasına təqdim etməklə qeydiyyatdan keçməlidirlər.


Qeydiyyat Komissiyaları hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.

Məlumat üçün bildirək ki, Bədən tərbiyəsi və idman istiqamətinin, həmçinin Musiqi sənəti istiqamətinin “Musiqi müəllimliyi”, “Musiqi nəzəriyyəsi”, “Xor dirijorluğu”, “İnstrumental ifaçılıq (alətlər üzrə)” və “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” (Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisasları istisna olmaqla) ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər seçmə turda iştirak etmirlər.

Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənətləri istiqamətlərinin və Musiqi sənəti istiqamətinin “Xanəndəlik”, “Vokal sənəti”, “Aşıq sənəti”, həmçinin AMK nəzdində Musiqi Kollecinin “İnstrumental ifaçılıq (alətlər üzrə)”, “Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)” və “Musiqi nəzəriyyəsi” ixtisaslarını yalnız seçmə tur zamanı müvafiq yoxlamadan “məqbul” alan abituriyent seçə bilər. Qeyd edək ki, abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm