Ekstrasensin bu sözləri millət vəkilini güldürdü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ekstrasensin bu sözləri millət vəkilini güldürdü - VİDEO

Azərbaycanlı millət vəkilinin məşhur verilişdə şəxsi həyatı ilə bağlı bəzi məqamlar açıqlanıb.

ANS PRESS-in məlumatına görə, “Məchulu tapın” verilişinin qonağı olan azərbaycanlı millət vəkili Aqil Abbas formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.

Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Ekspertlərdən biri olan ekstrasens Almaz Yolçuyeva məchul qonağın xəstəlikdən, xüsusən də təzyiqdən əziyyət çəkdiyini, müalicə aldığını bildirib. Millət vəkili isə bunu təkzib edib.

Bundan başqa onun məchul qonaq haqqında danışarkən onun xalq artisti – gülüş ustası olmasını, tək-tənha böyüdüyünü deməsi millət vəkilinin gülüşünə səbəb olub. Belə ki, A.Abbas çoxuşaqlı ailədə böyüyüb: səkkiz bacı-qardaş olduğunu dilə gətirib.

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, numeroloq, ekstrasens və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm