Gəncədə binaların işıqlandırma sistemləri sökülür
Bizi izləyin

Qırmızı.az

Gəncədə binaların işıqlandırma sistemləri sökülür

Gəncədə binaların fasadındakı işıqlandırma sistemləri sökülür.

Gəncə şəhər İcra Hakimiyyətindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hər hansısa bir yanğın təhlükəsinin yaranmaması üçün şəhərdə yanğına həssas materiallarla üzlənən binaların fasadlarından işıqlandırma sistemlərinin sökülməsinə başlanılıb. İlk olaraq Heydər Əliyev prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının fasadındakı işıqlandırma sistemi sökülüb. Bu cür işlər daha sonra digər binalarda da görüləcək. İcra Hakimiyyətindən onu da bildirdilər ki, hələlik şəhərdə yerləşən binaların yalnız fasadındakı işıqlandırma sistemləri sökülür.

Binaların fasadına vurulan yanğına həssas üzlüklərin sökülməsinə isə bu iş üzrə yaradılmış dövlət komitəsi tərəfindən qərar verilərsə, başlanılacaq.
Qeyd edək ki, Gəncə şəhərində yanğına həssas üzlüklü bir neçə yaşayış binası var və bu binalar Heydər Əliyev, Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərində yerləşir.

Xatırladaq ki, mayın 19-da Bakıda yanğına həssas üzlüklü 16 mərtəbəli binada güclü yanğın baş verib və yanğın zamanı 15 nəfər ölüb, 63 nəfər isə xəsarət alıb.

Sami Süleymanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm