ASAN sürücülük vəsiqələrini evinizdə verəcək
Bizi izləyin

Qırmızı.az

ASAN sürücülük vəsiqələrini evinizdə verəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sürücülük vəsiqəsinin yerində dəyişdirilməsi üçün “ASAN” xidmət əməkdaşının çağırış xidmətini işə salıb.

“ASAN” xidmətdən Publika.az-a verilən məlumata görə, hazırda Bakı ərazisində sürücülük vəsiqəsinin dəyişdirilməsi üzrə səyyar xidmət həyata keçirilir. Agentliyin səyyar xidmətindən istifadə etmək üçün 9108 qısa nömrəsindən istifadə etmək olar.

“ASAN” xidmətdən verilən məlumatda deyilir: “Paytaxtda yaşayan və ya işləyən vətəndaş bu əməliyyatı həyata keçirmək üçün səyyar “ASAN” xidməti əməkdaşını çağıra bilər. Xidmət ödənişlidir. Xidmətin qiyməti 90 manatdır (ƏDV-siz)”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm