70-dən artıq hakim məhkəmə sistemindən kənarlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

70-dən artıq hakim məhkəmə sistemindən kənarlaşdırıldı

Ötən illər ərzində Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlər barədə 192 intizam icraatı başlanılıb, vətəndaşların haqlı şikayətlərini doğuran kobud pozuntulara yol verdiklərinə və fəaliyyətlərinin qiymətləndirilməsi nəticələrinə görə 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Publika.az-ın məlumatına görə, bu barədə Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində bildirib.

O qeyd edib ki, ölkə başçısının korrupsiya ilə qəti mübarizənin aparılmasına dair tapşırıqları daim diqqət mərkəzində saxlanılıb, korrupsiyaya şərait yaradan hallar təhlil olunub, belə məlumatların ətraflı araşdırılması məqsədilə Şurada Korrupsiyaya qarşı mübarizə sektoru yaradılıb. Aşkar edilmiş korrupsiya hüquqpozmalarına görə 25 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən onlardan 6 nəfərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 4 nəfər aşağı vəzifəyə keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm