Bu gecə Ağa Nemətulla küçəsi bağlanacaq
Bizi izləyin

Qırmızı.az

Bu gecə Ağa Nemətulla küçəsi bağlanacaq

Bu gün Ağa Nemətulla küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən tətbiq edilir. Tərtib olunmuş qrafikə əsasən, Ağa Nemətulla küşəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 22:00-da başlanılacaq və səhər saatlarınadək davam edəcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm