• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Səhiyyə Nazirliyi: “Xəsarət alanların vəziyyəti stabildir”

Səhiyyə Nazirliyi: “Xəsarət alanların vəziyyəti stabildir”

İki gün əvvəl Azadlıq prospektində yanan binada xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərin hamısının vəziyyəti stabildir. Onların müalicəsi 2 xəstəxanada davam etdirilir.

Bunu Publika.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, xəsarət alanların 12-si 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində, 2-si isə 6 saylı Birləşmiş Şəhər Xəstəxanasındadır. Hazırda bütün xəsarət alanların vəziyyəti stabildir.

Qeyd edək ki, iki gün əvvəl baş vermiş hadisə nəticəsində 15 nəfər ölüb, 56 nəfər isə yaralanıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR