Bu yol bağlanacaq - Sürücülərin diqqətinə!
Bizi izləyin

Qırmızı.az

Bu yol bağlanacaq - Sürücülərin diqqətinə!

Nizami rayonu ərazisində inşa olunan yeraltı keçiddəki işlərin çox hissəsi artıq başa çatıb.

Bu barədə Day.Az saytına işi icra edən podratçı şirkətdən məlumat veriblər. İki girişli keçid Babək prospekti və Telnov küçəsinin kəsişməsində tikilir. Keçidin uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3,23 metrdir. Burada eskalator quraşdırılması nəzərdə tutulmayıb. Bununla belə, panduslar olacaq.

Keçidin çıxışlarından biri, demək olar ki, hazırdır. İş başa çatdıqdan sonra maneə götürüləcək və yol açılacaq. Sonra işlər ikinci çıxışda (Günəşli istiqamətində gedən yolda) davam edəcək. Yol müvəqqəti olaraq bağlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm