Yanan binanın üzlüyünün sökülməsinə başlanıldı
Bizi izləyin

Qırmızı.az

Yanan binanın üzlüyünün sökülməsinə başlanıldı

Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının təmirinə başlanılıb.

Publika.az-ın ərazidə olan əməkdaşının sözlərinə görə, artıq fəhlələr binanın yanmayan üzlüklərini, eləcə də yanğın nəticəsində yararsız hala düşən konstruksiyasını sökməyə başlayıblar. Rəsmilər təmirin yaxın zamanda yekunlaşacağını xəbər verirlər.

Qeyd edək ki, Bakı meri Hacıbala Abutalıbov bundan əvvəl təmir işlərinin şənbə günü başlayacağını bildirmişdi. Bu gün isə o, Publika.az-a eksklüziv açıqlamasında təmirin vaxtından əvvəl həyata keçirilməsinə başlayacaqlarını söyləyib..

Məlumat üçün bildirək ki, yanmış binanın yaxınlığındakı digər oxşar üzlüklü binaların üzlükləri də sökülür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm