Paytaxtda qadın meyidi aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Paytaxtda qadın meyidi aşkarlandı

Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1925-ci il təvəllüdlü Vutorseva Nina Qriqoryevna və 1951-ci il təvəllüdlü Vutorseva Alevsina Aleksandrovna köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən Vutorseva Alevsina Aleksandrovna huşsuz vəziyyətdə aşkarlanıb, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində onun vəfat etdiyi müəyyən edilib. Digər zərərçəkmiş qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm