10 yaşlı qaçqın uşaqdan britaniyalı parlamentarilərə təbrik – FOTO
Bizi izləyin

Qırmızı.az

10 yaşlı qaçqın uşaqdan britaniyalı parlamentarilərə təbrik – FOTO

Böyük Britaniyanın yeni seçilmiş parlament üzvlərinə ismarıc göndərilib.

Publika.az xəbər verir ki, mayın 7-də Böyük Britaniya parlamentinə keçirilən seçkilərin ardınca Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə yaradılmış “Many Happy Returns” (MHR) kampaniyası 650 millət vəkilinin hamısına Azərbaycandakı məcburi köçkün və qaçqınların acınacaqlı həyatını əks etdirən təbrik açıqcaları göndərilib.

Bakının Pirşağa qəsəbəsindəki qaçqın və məcburi köçkünlərin məskunlaşdığı keçmiş “Qızılqum” sanatoriyasında anadan olmuş 10 yaşlı Nəzrin Xanlarovanın fotosunu əks etdirən təbrik açıqcalarında deyilir: “Mən 1 milyon qaçqın və məcburi köçkün olan azərbaycanlı həmvətənlərim adından Sizi millət vəkili seçilməniz münasibətilə təbrik edir və Sizə Parlamentdə xoş anlar (‘Many Happy Returns’) arzulayıram.”

Məlumat üçün bildirək ki, “Many Happy Returns” kampaniyası Avropa Azərbaycan Cəmiyyətinin nəzərə çarpan layihələrindən biridir. Davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinin konsepsiyasına uyğun olaraq, Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün hər birinin şəxsi ismarıcı yer alıb.

Açıqcalar, insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünün fotoşəkli yerləşdirilib.

Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər.

“Many Happy Returns” kampaniyası haqqında daha ətraflı məlumat və kampaniyaya dəstək vermək üçün aşağıdakı keçidi ziyarət edə bilərsiniz: www.manyhappyreturnsidp.com.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm