15 mindən çox abituriyent yenidən imtahana çəkiləcək
Bizi izləyin

Qırmızı.az

15 mindən çox abituriyent yenidən imtahana çəkiləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) may ayının 24-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-dan Publika.az-a verilən məlumata görə, imtahanda 15224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12785 nəfəri I qrup üzrə, 2439 nəfəri IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 14424 nəfəri (I qrup üzrə 12126 nəfər, IV qrup üzrə 2298 nəfər) Azərbaycan bölməsinin, 800nəfəri (I qrup üzrə 659 nəfər, IV qrup üzrə 141 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9264 nəfəri (I qrup üzrə 8179 nəfər, IV qrup üzrə 1085 nəfər) oğlanlar, 5960 nəfəri (I qrup üzrə 4606 nəfər, IV qrup üzrə 1354 nəfər) isə qızlardır.

13338 nəfər orta ümumtəhsil məktəblərinin, 226 nəfər ali təhsil müəssisələrinin, 1660 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 38 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1998-ci ildəndir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm