Evi yanan sakinlər Hacıbala Abutalıbovla görüşəcəklər
Bizi izləyin

Qırmızı.az

Evi yanan sakinlər Hacıbala Abutalıbovla görüşəcəklər

“Azadlıq prospekti”ndəki binada baş vermiş yanğınla əlaqədar zərərçəkən sakinlər bu gün saat 14-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşəcəklər.

Bununla bağlı Publika.az-a məlumat verən sakinlər bildiriblər ki, icra başçısı ilə görüş təşəbbüsü Hacıbala Abutalıbov tərəfindən irəli sürülüb.

Sakinlər habelə onlara dəymiş ziyanla bağlı kompensasiya almaq üçün bu gün Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağırılıblar.

Onlardan bir neçəsi bununla əlaqədar ərizə yazıb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm