MTRŞ qanunu pozan verilişlərin adlarını açıqladı – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

MTRŞ qanunu pozan verilişlərin adlarını açıqladı – ÖZƏL

Milli Televiziya və Radio Şurası (MTRŞ) mayın 22-də keçirdiyi iclasında “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozmuş verilişlərin adları açıqlanıb.

Bu barədə Publika.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Onun sözlərinə görə, ötən gün keçirilən iclasda Lider TV-də yayımlanan “Sizin səhhət”, “Həyat tərzi”, İctimai TV-də isə “Müasir ev”, “Ulduzlu qonaq”, “Evakuator şou”, “Sağlam yaşamaq”, “Bioloji təbabət” adlı verilişlər reklamla bağlı qanunvericilik tələblərini pozublar:

“Ötən gün həmin verilişlərə görə Lider TV və İctimai televiziyaya xəbərdarlıq edilib. Ancaq növbəti dəfə bu təkrarlansa, daha sərt cəzalandırılacaq”.

Xatırladaq ki, ötən gün keçirilmiş MTRŞ-nın iclasında “Lider TV və Radio Azərbaycan” MMC və “İctimai Televiziya və Radio Yayımları Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı və kabel televiziyası yayımı sahəsində tənzimləmə məsələləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.5.3-cü bəndinin tələblərini icra etmədiyinə və Milli Televiziya və Radio Şurasının bununla bağlı tövsiyə və göstərişlərini yerinə yetirmədiyinə, həmçinin “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2, 35.4, 35.7-ci maddələrinin tələblərini pozduğuna görə “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.

Eyni zamanda, “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2, 35.7, 35.8-ci maddələrinin və “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 15.3-cü maddəsinin tələblərini pozduğuna görə “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə xəbərdarlıq elan olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm