Yanan binada həlak olan 3 yaşlı Fərəhin anası danışdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yanan binada həlak olan 3 yaşlı Fərəhin anası danışdı - VİDEO

“Günə Baxan” verlişinin aparıcısı Elgiz Əkbər xəstəxanaya gedərək, Binəqədi rayonunda yanan bina sakinlərinə baş çəkdi.

Xəstəxanada olarkən Elgiz Əkbər bütün şöbələri gəzərək xəstələrlə tək-tək görüşüb və onların vəziyyəti ilə tanış olub. Tüstüdən zəhərlənən bina sakinlərindən biri bildirdi ki, sağ qalmasının səbəbi 3 saat dayanmadan su içməsi olub. Evdə tək olan ev sahibi yuxudan oyananda bütün evin yandığını görüb. 3 satdan sonra FHN- əməkdaşı tərəfindən xilas olunub. Amma xilas olunmağına ev sahibi hələ də inana bilmir. FHN-nin əməkdaşı öz paltarını sakinə geyindirərək onu son anda binadan xilas edə bilib.

Aparıcı xəstəxanada Fərəhin anası ilə də söhbət etdi. O, yaxşı olduğunu, onun haqqında yayılan şayiələrin yalan olduğunu bildirdi. Qadının təəssüfləndiyi isə, təbii ki, balasını itirməsi oldu.

Zəhərlənən bina sakinləri onlara xəstəxanada yaxşı baxıldığını və vəziyyətlərinin normal olduğunu dedilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm