Bakıda uşaq bayram tonqalında yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda uşaq bayram tonqalında yandı

Od çərşənbəsi münasibəti ilə qalanan tonqalın ətrafındakılar uşağı alovun içindən çıxararaq xəstəxanaya çatdırıblar

Ötən gün Bakıda qalanan çərşənbə tonqalı faciəyə səbəb olub. Pirallahı qəsəbəsində Od çərşənbəsi münasibəti ilə qalanan tonqalda uşaq yanıb. Hadisə axşam saat 20-radələrində S.Bağırov küçəsində qeydə alınıb.



Bayram tonqalı ətrafına yığışanlar şənlənən zaman, 10 yaşlı Ağaəli Mirəhməd alovun üstündən tullanmaq istəyib. Bu zaman uşaq tonqalın içinə yıxılıb. Xoşbəxtlikdən yaxınlıqda olan insanlar uşağı dərhal odun içindən xilas edə biliblər.



Tonqalda yanan azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub.

Hazırda onun həyatı üçün təhlükə sovuşub./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm