Gül və oyuncaq – yanan binanın qarşısında ürəkparçalayan mənzərə FOTOLARDA
Bizi izləyin

Qırmızı.az

Gül və oyuncaq – yanan binanın qarşısında ürəkparçalayan mənzərə FOTOLARDA

Bu gün də paytaxtın yüzlərlə sakini Azadlıq prospektində yanan binanın qarşısına gələrək faciə zamanı həlak olanların xatirəsini yad edir. Binanın önündə ayrılmış yerə gül və uşaq oyuncaqları qoyurlar.

Publika.az xəbər verir ki, binada yanaraq həyatını itirən sakinləri yad etmək üçün gələnlərin arasında sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər də var.

Artıq yanan yaşayış binasında təmir işləri başlanıb. Ərazidə çalışan fəhlələr binanın yanmış üzlüklərini sökürlər. Sakinlər isə yanmamış əşyalarını çıxarırlar.

Xatırladaq ki, mayınn 19-da 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğın nəticəsində 15 nəfər, o cümlədən 4 azyaşlı uşaq həlak olub.

Gülnar Əliyeva

FOTOLAR müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm