Bakı meri: "Kimin sənədləri hazırdırsa, pulunu ala bilər" (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Bakı meri: "Kimin sənədləri hazırdırsa, pulunu ala bilər" (YENİLƏNİB)

"Kimin sənədləri hazırdırsa, gedib pulunu bankdan ala bilər. Burada heç bir problem ola bilməz. Əgər hər hansı problem olarsa, biz bunu dərhal həll edəcəyik".

Trend-in məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonunda mayın 19-da yanmış 16 mərtəbəli yaşayış binasının sakinləri ilə İcra Hakimiyyətinin inzibati binasında görüşündə deyib.

O qeyd edib ki, yanmış binanın təmiri çox yüksək səviyyədə aparılacaq: "Bunun üçün büdcəmiz var. Əlimizdən gələni edəcəyik ki, bu dərdinizin müəyyən qədərini sizin üzərinizdən götürək".

H.Abutalıbov deyib ki, Bakı şəhərində 140-a qədər belə üzlüklü bina var: "Qərara aldıq ki, həmin binaların hamısının üzlükləri sökülsün. Bakı şəhərində bir dənə də olsun, belə üzlüklü bina qalmayacaq. Bu binalar ən yüksək səviyyədə təmir olunacaq".

H.Abutalıbov qeyd edib ki, yanan binanın sakinlərinin kirayə haqqı nə qədər olsa, dövlət tərəfindən ödəniləcək: "Siz sənəd gətirin, nə qədər olsa ödəniləcək. Biz kirayə haqqının az-çox olmasına baxmayacağıq".

H.Abutalıbov sakinləri şikayətlərini bildirməyə çağırıb: "Prokurorluq, polis var, gedin şikayətlərinizi edin. Bütün səbəbkarlar ən ciddi şəkildə cəzalandırılacaq. Əmin olun ki, heç kimə güzəşt olunmayacaq".

Görüşdə yanmış bina sakinləri də fikirlərini bildiriblər. Sakinləri dinləyən H.Abutalıbov bütün problemlərin, qaldırılan məsələlərin tezliklə həll olunacağını diqqətə çatdırıb. H.Abutalıbov vətəndaşları qanuni qaydada prokurorluq orqanlarına müraciət etməyə çağırıb.

H.Abutalıbov əlavə edib ki, ASAN xidmət sakinlərin sənədlərinin tezliklə qaydaya salınmasına lazımi köməklik göstərəcək.

O, sakinləri şikayətlərini bildirməyə çağırıb: "Prokurorluq, polis var, gedin, şikayətlərinizi bildirin. Bütün səbəbkarlar ən ciddi şəkildə cəzalandırılacaq. Əmin olun ki, heç kimə güzəşt olunmayacaq".

Görüşdə yanmış binanın sakinləri də fikirlərini bildiriblər. Sakinləri dinləyən H.Abutalıbov bütün problemlərin, qaldırılan məsələlərin tezliklə həll olunacağını diqqətə çatdırıb. O, vətəndaşları qanuni qaydada prokurorluq orqanlarına müraciət etməyə çağırıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, "ASAN xidmət" sakinlərin sənədlərinin tezliklə qaydaya salınmasına lazımi köməklik göstərəcək.

Onun sözlərinə görə, sakinlərə müavinətlərin verilməsi üçün lazım olan sənədlərin hazırlanması məqsədilə "ASAN xidmət" ən tez zamanda iş görəcək.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, ödənilən 20 min manat ilkin məbləğdir. Onun sözlərinə görə, aparılan araşdırmalardan sonra hər bir sakinə fərdi qaydada yanaşılacaq: "İlkin 20 min manatı artıq ala bilərsiniz. Kimin maşını, mebeli və digər əşyaları yanıbsa, yazılı qaydada prokurorluğa müraciət etsin. Sonra bu araşdırmaların nəticəsində sakinlərə əlavə vəsait ödəniləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm