Onlar imtahandan azaddır
Bizi izləyin

Qırmızı.az

Onlar imtahandan azaddır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili buraxılış imtahanlarına buraxılmayan və səhhəti ilə əlaqədar imtahandan azad edilən şəxslər haqqında məlumat açıqlayıb.

TQDK-dan Publika.az-a verilən məlumata görə, bu il tədris ilində məlumatları "Şagird-məzun" sisteminə daxil edilən 98 nəfər IX, 629 nəfər XI sinif şagirdi buraxılış imtahanlarına buraxılmayacaq.

2014/2015-ci tədris ilində Təhsil Nazirliyi və şəhər (rayon) təhsil şöbələrində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı əsasında buraxılış imtahanlarından azad edilmiş şagirdlərin sayı 1258 nəfərdir.

İmtahandan azad edilənlər barədə daha ətraflı TQDK-nın rəsmi saytından məlumat əldə etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm