Ali məktəblərdən məzun günü ilə bağlı QƏRAR
Bizi izləyin

Qırmızı.az

Ali məktəblərdən məzun günü ilə bağlı QƏRAR

Ölkənin bir sıra ali məktəblərində “Məzun günü” konsert proqramı ləğv edilib. Bu qərarın verilməsi mayın 19-da Azadlıq prospektində binada baş vermiş yanğın nəticəsində 15 nəfərin həyatını itirməsi ilə bağlıdır.

Qafqaz Universitetində sabah keçiriləcək “Məzun günü”ndə yalnız rəsmi hissə olacaq. Tələbə və müəllim heyətinin qərarına əsasən, artıq “Məzun günü” konsert proqramı keçirilməyəcək.

Bəs digər ali məktəblərin qərarı necədir?

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Publika.az-a “Məzun günü”nün mayın 27-də keçiriləcəyini bildiribər. Bu ali məktəbdə də “Məzun günü” yalnız rəsmi hissədən ibarət olacaq. Məzunlara diplomlar təqdim ediləcək, konsert proqramı olmayacaq.

Azərbaycan Dövlət İqtisad Universitetindən isə bildiriblər ki, hələ həmin günlə bağlı qərar qəbul edilməyib. Ali məktəbdə “məzun günü” hər il iyunda keçirilirdi, bu illə bağlı qərar gələn həftə qəbul ediləcək.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, “Məzun günü”nün vaxtı və necə təşkil edilməsi dəqiqləşməyib.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentindən “Məzun günü”nün keçirilməsi ilə bağlı hələlik qərar verilmədiyini dedilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm