Oğlunu öldürən ərindən şikayət etmədi
Bizi izləyin

Qırmızı.az

Oğlunu öldürən ərindən şikayət etmədi

Türkiyənin Eskişehir şəhərinin sakini olan Y.A.-nın məhkəməsi davam edir. O, 2 yaşlı oğlunu öldürməkdə, arvadı G.A.-nı da ağır yaralamaqda suçlanır.


Milli.Az DHA-ya istinadən bildirir ki, Y.A. məhkəmədə verdiyi ifadəsində deyib: "Televizora baxırdım. Qəflətən beynimdə bir səs eşitdim. Mənə "Qurban kəs! Kəs!" dedi. Sonrasını xatırlamıram. Bir də onu gördüm ki, özümü yaralamışam".


G.A. isə ərinin ağır psixoloji problemlər yaşadığını, ondan şikayətçi olmadığını söyləyib. "Yatırdıq. Ərim otağa girdi. Oğlumla birlikdə qaçmağa çalışdıq, amma ərim imkan vermədi. Oğlumu öldürdü. Əvvəllər də psixoloji pozuntuları vardı.


Amma belə olmamışdı. Bütün bunları qəsdən etdiyini düşünmürəm. Ərimdən şikayət etmirəm", - G.A. deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm