"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"
Bizi izləyin

Qırmızı.az

"Ermənilər Xocalı soyqırımından xəcalət çəkməli idilər"

“Mən erməni xislətinə inanmıram. Bunların hamısı sözdədir, əməldə onlar təxribat törədiblər və həmişə də törədəcəklər”.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclis sədrinin birinci vitse-spikeri Ziyafət Əsgərov ermənilərin I Avropa Oyunlarında təxribat törətməyəcəkləri barədə yaydığı bəyanatla bağlı jurnalistlərə açıqlamasında deyib.

O, qeyd edib ki, Binəqədi rayonunda baş vermiş hadisə ilə bağlı ermənilərin xəcalət çəkməsi əbəsdir. Onlar Xocalı soyqırımından, 1988-ci ildə törətdikləri cinayətdən xəcalət çəkməli idilər:

“Mən mətbuatda oxudum ki, guya hansısa erməni Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar xəcalət çəkdiyini bildirib. Bunların hamısı qeyri-səmimi sözlərdir. Xəcalət çəkən erməni 1988-ci ildə xəcalət çəkməli idi, Azərbaycanın ərazisi ermənilər tərəfindən işğal olunanda, həmçinin Xocalı soyqırımında, azərbaycanlıların başını kəsərkən xəcalət çəkməli idi. O zaman səmimiyyət olardı. Amma indi əlbəttə ki, mən onların heç bir səmimiyyətinə inanmıram və güman edirəm ki, siz də inanmırsınız”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm