Qırmızı.az
Ordumuzun gücü - VİDEO
Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq
haqqında sazişə əsasən mayın 12-dən Naxçıvanda keçirilmiş iki
ölkənin Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin videosu
yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, mayın 15-də Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın müdafiə naziri,
general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin
3-cü ordu komandanı, ordu generalı Ümit Dündar birgə taktiki təlimi
izləyiblər.
Təlimdə 1000-dən artıq şəxsi heyət, 150-dən artıq döyüş və digər texnika, 50-ə yaxın artilleriya və reaktiv qurğu, 4 atəş dəstək vertolyotu, 6 ədəd zenit-raket qurğusu iştirak edib. Təlimlərin keçirilməsində əsas məqsəd Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Üç mərhələdə keçirilən təlimlərdə bölmələr tərəfindən qarşılıqlı
uzlaşma şəraitində müxtəlif döyüş tapşırıqları praktiki şəkildə
icra olunub. Təlimdə birgə əks-hücum əməliyyatlarının təşkili və
aparılması, zirehli qrupların düşmənin müdafiə xəttini yarmaqla
təyin olunmuş istiqamətdə əlverişli həddi ələ keçirməsi,
taktiki-hava desantının düşmən bölmələrinin arxasına atılması və
hakim yüksəkliklərin ələ keçirilməsi, hücumda olan qoşunların
dəstəyi üzrə hava-hücumundan müdafiə qoşunlarının qarşılıqlı
fəaliyyətinin öyrənilməsi mövzularında tapşırıqlar müvəffəqiyyətlə
yerinə yetirilib.
Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları,
zenit-raket kompleksləri və vertolyotlar döyüş atışları və raket
buraxılışlarını həyata keçiriblər.
Təlim ssenarisinə əsasən hava hücumundan müdafiə bölmələri
zenit-raket kompleks vasitələri ilə dövlət sərhədini pozan düşmən
təyyarələrini məhv edib. Hərbi birləşmələrimiz yaylım atəşli
reaktiv silahlar vasitəsilə hücuma keçən düşmənin idarəetmə
məntəqələrini, canlı qüvvəsini, döyüş texnikalarını, artilleriya və
minaatan batareyalarını zərərsizləşdirib, dayaq məntəqələrini və
qovşaqlarını dağıdıb. Sonra atəş dəstək və döyüş-nəqliyyat
vertolyotlarının müşayiəti ilə düşmən müdafiəsinin yaxın
dərinlikdəki zirehli obyektlərinə zərbələr endirilib və düşmən
üzərində atəş üstünlüyü əldə edilib.
Təmas xətti boyu mövqelərini gücləndirən və atəş üstünlüyünə
yiyələnən Əlahiddə Ümumqoşun Ordusu bundan sonra düşmənə qarşı
əks-hücum əmrini yerinə yetirib. Əvvəlcə özüyeriyən artilleriya
qurğuları, müxtəlif çaplı toplar və minaatanlardan açılan atəşlə
düşmənin canlı qüvvəsi məhv edilib. Ardınca tanklar, piyada döyüş
maşınları, tank əleyhinə idarə olunan raket kompleksləri hücuma
dəstək verərək düşmən müdafiəsinin ön xəttindəki atəş vasitələrinə
zərbələr endirib. Bu zaman qarşı tərəfin müdafiə istehkamları və
digər səhra qurğuları dağıdılıb, hərəkətdə olan və hərəkətsiz
zirehli texnikalar yararsız hala salınıb. Əks-hücum əməliyyatına
atəş-dəstək vertolyotları da qoşularaq düşmənin müdafiə
dərinliyində aşkarlanmış canlı qüvvəsini və zirehli obyektlərini
atəşə tutub.
Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri Türkiyə
Respublikası Silahlı Qüvvələrinin gücləndirilmiş tabor taktiki
qrupları ilə birlikdə düşmən müdafiəsinin ön xəttini yarıb, piyada
döyüş maşınları və tanklar dərinliklərə nüfuz ediblər. Artilleriya
bölmələri atəş mövqeyini dəyişməklə hücum edən bölmələrə dəstək
verib, Əlahiddə Ümumqoşun Ordusunun ön dəstələri sürətli hücum
təşkil edərək qarşı tərəfin mühüm rayonlarını və həddini ələ
keçiriblər. Hərbi təlimdə səyyar tibb və təmir təxliyə qrupları da
fəallıq nümayiş etdiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun birləşmələri və Türkiyə
Silahlı Qüvvələrinin bölmələri qarşıya qoyulmuş tapşırıqları uğurla
yerinə yetirib, birgə hərbi təlim müvəffəqiyyətlə başa çatıb.
Sonda hərbi vertolyotlar Azərbaycan və Türkiyə bayraqlarını səmada
nümayiş etdirib, ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın
milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm,
bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" fikirləri
səsləndirilib.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO