Qırmızı.az
Diqqət! Bu balıqların yeyilməsi qadağan edildi
Xəzər dənizindəki kefal balıqları virusa yoluxub. Ona görə də bu növ balıqların istifadəsi zərərlidir və qadağan olunur. Bu bəyanatla İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyari çıxış edib.
Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi
xəbər verir.
M.Bəxtiyari deyib ki, Xəzər dənizində kefal
balıqların ölüm halları günbəgün artmaqdadır: "Ölmüş kefal
balıqlarının üzərində analizlər aparılıb. Bu balıqlarda aşkarlanan
xəstəlik insan və heyvan üçün ümumi xəstəliklərdəndir. 45 gün
ərzində ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin
yekun nəticələri açıqlanacaq. Ona görə də əhalinin hələlik bu növ
balıqları yeməsini məsləhət görmürük".
Baytarlıq İdarəsinin rəisi kefal balıqlarının
xəstələnməsinə səbəb kimi sənaye və məişət tullantılarının çaylar
vasitəsi ilə dənizə axıdılmasını göstərib və deyib ki, çayların
çirkli suyu kefal balıqlarının virusa yoluxmasına səbəb
olub.
Qeyd edək ki, İranın Mazandaran əyalətində hər il
6 min tona yaxın müxtəlif növ sümüklü balıqlar, o cümlədən kefal,
ağ balıq və sazan balıqları ovlanır.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir