Yanğında xəsarət alanların biri evə buraxıldı
Bizi izləyin

Qırmızı.az

Yanğında xəsarət alanların biri evə buraxıldı

Mayın 19-da Azadlıq prospektində yanan binada xəsarət alanların vəziyyəti orta ağır dəyərləndirilir.

Bu barədə Publika.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu gün həkimlərin keçirdiyi konsilium əsasında Elmira Manafovanın vəziyyəti müsbət dəyərləndirilib və evə buraxılıb.

Hazırda xəstəxanada 10 xəstənin müalicəsi davam etdirilir. Onların 3-ü uşaq, 7-si böyükdür.

Ümumilikdə xəstələrin vəziyyətləri stabil dəyərləndirilir. Onların heç birinin həyatına təhlükə yoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm