• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dəhşət: arvadını və 4 uşağını öldürdü, sonra intihar etdi

Dəhşət: arvadını və 4 uşağını öldürdü, sonra intihar etdi

Türkiyənin Kayseri şəhərində yaşanan olay ölkəni şoka salıb. Tikintidə fəhlə işləyən Nuri Duran arvadını və yaşları 1-7 arasında olan 4 övladını vəhşicəsinə öldürəndən sonra intihar edib.


Milli.Az AHT-yə istinadən bildirir ki, polisdən verilən məlumata görə, videomüşahidə kamerasındakı görüntülərdə Nuri Duranın böyük oğlu Kamalın atasına yalvararaq "Ata, lütfən, yalvarıram, məni aşağı atma! Məni öldürmə, anamın yanına apar!" dediyi aydın eşidilir və görünür.


Nuri Duran evdə arvadını və üç uşağını çəkiclə vuraraq öldürəndən sonra 7 yaşlı oğlu Kamalın oxuduğu məktəbə yollanıb. O, oğlunu məktəbdən götürüb və yaşayış binasının 15-ci mərtəbəsinə çıxarıb.

Nuri Duran buradan oğlunu aşağı atıb, sonra da intihar edib.


Bu səhnəni Nuri Duranın qonşularından biri görərək çılğın ataya mane olmağa çalışsa da, bir nəticə hasil olmayıb.


"Yanğın nərdivanı ilə yuxarı çıxmağa çalışdım. Amma Nuri ayağı ilə qapını basdı, məni içəri buraxmadı. Nurinin oğlu ağlayır, ona yalvarırdı. O da oğlu ilə danışırdı. Amma nə dediyini eşitmədim. Yan tərəfdəki qonşumun eyvanına keçdim, uşağı atmaması üçün Nuri ilə danışmağa çalışdım. O, bizi dinləmirdi, danışmırdı. Sadəcə, "Məndən əl çəkin" dedi, sonra da uşağı qucağına alıb aşağı atdı. Uşağı atandan sonra gülümsədi. Onda hiss etdim ki, bu adam özündə deyil. Bir neçə dəqiqə sonra özü də aşağı atıldı", - qonşu deiyb.


Nuri Duranın qardaşı Polat Duran bildirib: "Qardaşımda son zamanlar psixoloji pozuntuları, davranışındakı problemləri hiss etmişdik. Müalicə alırdı. Bu dəhşətdən bir gün əvvəl dincəlməsi üçün evə yolladım, "Sabah səni həkimə aparacağam" dedim. Onu xəstəxanaya yerləşdirəcəkdim. Lakin ertəsi gün gedəndə Nurini evdə tapmadım. Onun faciə törətməsinə mane ola bilmədim".


Nuri Duran və onun qətlə yetirdiyi arvadı Özlem, övladları - 1 yaşlı Rüya, 3 yaşlı Mert, 6 yaşlı Yigit Talha və 7 yaşlı Kamal Kayserinin Pınarbaşı rayonundakı Qazi kəndində dəfn olunublar.

Nuri Duran özünü aşağı atanda yan binada gözətçi işləyən Hakan Çertmekin üstünə düşüb.


Qazanxanaya kömür daşıdığı zaman bir uşağın beton səkiyə düşdüyünü görən Hakan Çertmek qaçaraq olay yerinə gedib: "Yaşayıb-yaşamadığını bilmək üçün uşağın boynuna baxdım. Bu zaman göydən nəsə üstümə düşdü, belimə dəydi. Əgər altında qalsaydım, ölərdim. Çəkilib baxanda gördüm ki, bir kişidir".


Nuri Duranın uzun müddətdən bəri depressiyada olduğu, dərman qəbul etdiyi vurğulanır.


Nuri Duranın arvadı Özlem Duran ərinin maniakal davranışlarına və hərəkətlərinə dözməyərək fevralın 26-da həmin preparatlardan içərək intihara cəhd göstərmişdi. N.Duran arvadını xəstəxanaya aparmış, mədəsini yudurtmuşdu.


Nuri Duranın narkotik maddələrdən asılı duruma düşərək çox güclü təsirə malik psixotrop preparatlar da qəbul etdiyi vurğulanır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR