Ismayıllıda sürüşmə aktivləşir: 3 ailə köçürüldü
Bizi izləyin

Qırmızı.az

Ismayıllıda sürüşmə aktivləşir: 3 ailə köçürüldü

İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi hələ də aktivdir. Mayın 20-dən başlanan sürüşmə 12 hektardan böyük sahəni əhatə edir.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayevin Publika.az-a verdiyi məlumata görə, ötən gün iki ailə qohumlarının evinə köçürülüb, bu gün daha bir ailə köçürüləcək:

“Sürüşmə nəticəsində 2 ev tamamilə uçduğundan sakinlər müvəqqəti olaraq köçürülüb. Bu gün daha bir evin yaşayış üçün təhlükəli olduğu barədə rəy verildi və oradakı ailə də qohumlarının evinə köçürüldü. Bundan başqa, sürüşmə ərazisindəki 14 ev təhlükəli vəziyyətdədir, onlardan 1-də yaşayış yoxdur. Hazırda sürüşmə aktivdir, lokal olduğundan böyük ərazini əhatə edir”.

R.Ağayevin sözlərinə görə, hazırda ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri işləyir, gündəlik Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə baxış keçirirlər. Sürüşmə davam edərsə, digər evlər üçün təhlükə olarsa, onlar da köçürülə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm