Qırmızı.az
ŞOK: İŞİD azərbaycanlı qadınları seks köləsi olaraq satışa çıxarıb
BMT baş katibinin xüsusi nümayəndəsi Zeynəb Banqurin
münaqişə zonasındakı qadınların vəziyyətinə dair hesabatında İŞİD
döyüşçülərinin kölə kimi satdığı qadınlar arasında
azərbaycanlıların da olduğunu deyib.
Hesabatda göstərilir ki, Rakka şəhərindəki seks kölələrinin
bazarında yezidilər, xristianlar, şiələr, türklər, azərbaycanlılar
və türkmənlər var.
Qeyd edək ki, indiyədək İŞİD-ın qadınları kölə kimi satdığını
təsdiqləyən onlarla fakt, məlumat və reportajlar yayılıb.
“Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban
Zeynalova virtualaz.org-a bildirib ki, kölə kimi satılan
azərbaycanlı qadınlar əsasən ərlərinin təkidi ilə ölkədən
gedənlərdir: “Müşahidələr göstərir ki, onlar münaqişə zonasına
ərlərinin tələbi ilə gedirlər. BMT-nin də təsdiqlədiyi kimi,
qadınların kölə kimi satılmasında insan alverinin elementləri
mövcuddur”.
Hüquq müdafiəçisinin fikrincə, qadınların geri - vətənə qayıtmaları
üçün ilk növbədə əsas güc yenə BMT-nin, eləcə də Beynəlxalq
Miqrasiya Təşkilatının üzərinə düşür: “Çünki əvvəlcə BMT bu
qadınların vətəndaşlığını dəqiqləşdirməli, bundan sonra məxfilik
gözlənilməklə qadınlar haqqında mənsub olduqları ölkələrin dövlət
qurumlarına məlumat göndərilməlidir. Beynəlxalq Miqrasiya Təşkilatı
isə qadınların öz ölkələrinə qayıtmalarına çalışmalıdır. Bu
qadınlar ərləri tərəfindən ideoloji beyinyuma prosesi ilə üzləşmiş
şəxslər olduqlarından məsələyə həssas yanaşmaq lazımdır”.
Qeyd edək ki, BMT-nin insan alverinə dair ötənilki hesabatında da
transmilli mütəşəkkil cinayətkarlığın bu təhlükəli növünə demək
olar ki, bütün dövlətlərdə və regionlarda rast gəlindiyi
göstərilmişdi.
Son 5 ildə 152 ölkədən olan qurbanlar istismar məqsədilə 500-dən
çox daimi marşrut üzərindən 124 ölkəyə daşınıb. Hər il 20 milyondan
artıq şəxsin insan alverinin qurbanına çevrildiyi güman edilir.
İnsan alveri qurbanları arasında məcburi əməyə cəlb olunanların
sayı isə 40 faizədək artıb.
Hesabatda göstərilir ki, insan alveri qurbanlarının 53 faizi cinsi
istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə
alqı-satqıya məruz qalır. Qurbanların 21 faizi azyaşlı
uşaqlardır.
Azərbaycana gəldikdə isə ötən il həyаtа kеçirilmiş
əməliyyаt-ахtаrış tədbirləri nəticəsində insan alveri ilə bağlı 23
cinayət işi üzrə 105 fakt müəyyən edilib. Həmin faktların 97-si
insan alveri, 5-i məcburi əmək, əlavə olaraq 3 fakt insan alveri
məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub.
İnsan alveri və məcburi əmək cinayətləri törətdiklərinə görə 26
şəxs (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan
alveri qurbanı olaraq 54 nəfər (51 qadın, 3 kişi, onlardan 3-ü
əcnəbi şəxsdir) müəyyən edilib.
Ötən il insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1
mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib, 1 mütəşəkkil
dəstə yaxalanıb.
İnsan alverinin qurbanı olan 38 nəfər (35 qadın, 3 kişi, o cümlədən
3 əcnəbi şəxs) təhlükəsiz sığınаcаğа yerləşdirilib. Onlardan iki
nəfəri “Təmiz Dünya” təşkilatının sığınacağında məskunlaşıb.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...