Mikayıl Cabbarov 12 illik təhsildən danışdı
Bizi izləyin

Qırmızı.az

Mikayıl Cabbarov 12 illik təhsildən danışdı

“12 illik təhsilə keçidi yalnız mexaniki dəyişiklik kimi qəbul etmək olmaz, bu çox vacib məsələdir”.

Publika.az-ın məlumatına görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov "12 illik təhsilin dəstəklənməsi ilə bağlı innovativ strategiyalar" mövzusunda regional forumda çıxışı zamanı deyib.

Təhsillə iqtisadiyyatın qarşılıqlı əlaqəsinə toxunan nazir son 20 ildə Azərbaycan iqtisadiyyatının yüksək səviyyəyə çatdığını deyib. Onun sözlərinə görə, bu inkişaf insan kapitalının keyfiyyətindən asılıdır.

“İnsan kapitalı bizim ən dəyərli resursumuzdur. Bu gün rəqabətin artırılması istiqamətində insan kapitalının dəyəri danılmazdır. Buna nail olmağın əsas yolu da təhsildir. Təhsil sahəsinin əməkdaşları, valideynlər, təlimçilər və öyrənənlər real həyatda təhsilin nə demək olduğunu bilməlidir. Təhsil dəyərlərə, biliklərin nəsildən-nəslə ötürülməsinə əsaslanır”.

M.Cabbarov bildirib ki, təhsildə iki əsas məsələyə diqqət etmək lazımdır. Bunlardan biri mövcud sistemlərə yenidən baxılması, digəri isə müəyyən dəyişikliklərin edilməsidir:

“İlk növbədə mövcud məqsədləri yenidən nəzərdən keçirməliyik. Əmək bazarı ilə münasibətlərin yaradılması, ölkənin sosial-iqtisadi imkanlarının nəzərdən keçirilməsi kimi baxılmalıdır. İkinci məsələ, sistemə yenidən baxılmasıdır. Bunun üçün biliklərin tətbiqi, ömür boyu təhsil kimi məsələlərə diqqət etməliyik. Bu, sanki mövcud sistemi tamamilə yeniləmək kimi anlaşılmalıdır. Bunun üçün də İKT bizi düzgün məqsədə aparır. Azərbaycanda bu sistemin həyata keçirilməsi üçün Dövlət Strategiyası qəbul edilib. Bu sənəd bizə nə istədiyimizi və strategiyanın bizi hara aparacağını göstərir. 12 illik təhsil bu strategiyanın əsas olmasa da, vacib sütunlarından biridir. Bu, yalnız mexaniki dəyişiklik deyil”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm