Nobel prospekti 5 saatlıq bağlanır
Bizi izləyin

Qırmızı.az

Nobel prospekti 5 saatlıq bağlanır

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün 12:00-dan saat 17:00-dək A.Nobel prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm