• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bakıya istilər gəlir - 30 dərəcə

Bakıya istilər gəlir - 30 dərəcə

Sabah Bakıda havanın temperaturu 30 dərəcəyədək yüksələcək.

Publika.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, bu, iqlim normasından bir qədər yüksəkdir.

Mayın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 26-da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR