Deputat parodiyaçı aktyorları ittiham etdi
Bizi izləyin

Qırmızı.az

Deputat parodiyaçı aktyorları ittiham etdi

"Azərbaycanın bəzi parodiyaçıları müəllimin nüfuzunu aşağı salırlar. Bu, yolverilməzdir". Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) elm və təhsil komissiyasının üzvü Gülçöhrə Məmmədova bildirib.

Azərbaycan müəlliminin nüfuzunun aşağı olmasından gileylənə deputat G.Məmmədova deyib: "Bunların əsas səbəblərindən biri də medianın təhsildəki yalnız problemləri qabartması, əldə edilən inkilafı isə gündəmə gətirməməsidir. Bu, doğru deyil. SSRİ vaxtında müəllimə olan hörmətlə indiki hörmət arasında böyük fərq var. Bunu yaradan nədir? Axı niyə görə media ancaq təhsildəki problemi gündəmə gətirir?".

Xatırladaq ki, "Bu şəhərdə"nin aktyorları olan Rafayel və Coşqun Azərbaycan müəllimlərini mütəmadi olaraq parodiya edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm