Tanınmış jurnalist ölüm ayağındadır – SOS (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Tanınmış jurnalist ölüm ayağındadır – SOS (YENİLƏNİB)

Tanınmış jurnalist ölüm ayağındadır – SOS

Anasını bu günlərdə itirən tanınmış jurnalist Zülfüqar Rüfətoğlu komadadır!

Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun komaya düşdüyü barədə xəbər onu tanıyanların üzülməsinə səbəb olub.

Modern.az saytı jurnalistin qardaşı Rəşad Əhmədzadə ilə əlaqə saxlayaraq Zülfüqarın vəziyyəti haqda ən son xəbəri dəqiqləşdirib.

“Şəkəri var idi, indi də şəkəri qalxıb. Londonda yaşayırdı. 10 gün olar anamın dəfninə gəlib. Zülfüqar hazırda “Caspian Hospital”da müalicə alır, vəziyyəti yavaş-yavaş normallaşır”-deyə Rəşad Əhmədzadə Modern.az-a açıqlamasında bildirib.

O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.

***

Əgər dövlət tərəfindən yardım olmasa, biz onu həmişəlik itirə bilərik... Tanınmış mərhum satirik şair Rüfət Əhmədzadənin istedadlı jurnalist oğlu Zülfüqar Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib.

BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyters" agentliyinin kurslarında təhsil alıb.

1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir. Zülfüqar Rüfətoğlu həm də "Publika.az" saytında müəllif yazıları ilə çıxış edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm