Döyülən rektor qızı Bakıda beynəlxalq tədbir keçirəcək – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Döyülən rektor qızı Bakıda beynəlxalq tədbir keçirəcək – ÖZƏL

Mayın 31-də Bakıda Xəzər Universiteti tərəfindən “Psixologiya tədrisi və uşaq psixologiyası” mövzusunda beynəlxalq seminar təşkil olunacaq.

Publika.az-ın məlumatına görə, tədbirdə dünyanın bir çox ölkələrindən, o cümlədən Türkiyənin tanınmış ali təhsil müəssisəsinin psixologiya üzrə bir qrup mütəxəssisi də iştirak edəcək.

Seminarda Türkiyənin tanınmış psixoloqları Gökçe Cömert, Hüseyin Ünübol, Saadet Çengel və digər şəxslərin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, tədbiri təşkil edən əsas şəxslər arasında bir müddət əvvəl döyülməsi əks olunan video ilə gündəmə gələn Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva da var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm